
Politoloq: Putin Qərbdən gözlənilən təxribat riskindən ehtiyatlanır
Politoloq: Putin Qərbdən gözlənilən təxribat riskindən ehtiyatlanır
09:15 01.03.2024
Dünya
445
Əgər o, qarşıdakı prezident seçkilərini qazanarsa, Cənubi Qafqaz siyasətinə yenidən dönəcək
Ukrayna ilə müharibənin Rusiya prezidenti Putinin hakimiyyətini sarsıdacağını və onun 2024-cü il seçkilərində yenidən prezident seçilə biməyəcəyini gözləyən Qərb strateqlərinin proqnozları özünü doğrultmadı. Rusiyada martın 17-də prezident seçkisi keçiriləcək və fövqəladə hadisə baş verməzsə, Putin yenidən prezident seçiləcək. Qərb isə seçkilərin nəticəsini tanımayacağını öncədən elan edib. Rusiyada müxalif siyasətçi A.Navalnının həbsxanada ölümünə reaksiyalar bir daha təsdiqlədi ki, Putinə qarşı təşkilatlanmış narazılıq yoxdur və hökumət ictimai etirazların dərhal yatırılmasına hazırdır.
Politoloq Elxan Şükürlü "Sherg.az"a bildirib ki, Rusiya hakimiyyətinin qarşıdakı günlərdə Qərb xüsusi xidmət orqanları tərəfindən hansısa irimiqyaslı təxribatların təşkil ediləcəyini gözlədiyi açıq şəkildə diqqət çəkir. Ekspertin sözlərinə görə, Putinin fevralın 12-ə Türkiyəyə planlaşdırılan səfərinin Rusiyadakı seçkilərdən sonraya ertələnməsi də məhz Qərbdən gözlənilən təxribat riskinin bu aralıqda artmasıyla bağlıdır:
"Hazırda Qərb-Rusiya qarşıdurmasının daha bir önəmli cəbhəsindən – Cənubi Qafqazdan və Ermənistanın Paşinyan hökuməti üzərindən də, eynilə Ukrayna ssenarisinə oxşar şəkildə, təhrikedici addımlarla Putinin təxribata çəkildiyini müşahidə edirik. Sanki Paşinyan hökuməti əlindən gələn hər şeyi edir ki, Rusiya Ermənistana da hücum çəksin. 5 aylıq sükutdan sonra Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin müntəzəm şəkildə pozulması, Paşinyanın KTMT-ni nüfuzdan salan bəyanatlarını artırması, Fransa ilə əməkdaşlıq çərçivəsində NATO silah sistemlərinin KTMT üzvü Ermənistana verilməsi və hətta Zelenskinin belə Ermənistana səfərinin planlaşdırılması koordinasiyasını Qərb xüsusi xidmət orqanlarının həyata keçirdiyi hərbi-siyasi əməliyyatlardır. Əsas məqsəd də Putini Rusiya üçün həyati əhəmiyyətli daha bir dəhlizdə vaxtından qabaq döyüşə çəkmək, həm Ermənistan, həm də Gürcüstanın Qərbyönümlü rəhbərlərinin çağırışıyla NATO qüvvələrinin bu ölkələrə sürətli yerləşməsini təmin etməkdir. Qərbdə çox yaxşı bilirlər ki, martın 17-də Rusiyada prezident seçkiləri, martın 31-də isə Türkiyədə bələdiyyə seçkiləri keçirildikdən sonra Putin Ərdoğanla birgə əsas diqqətini Cənubi Qafqaza yönəldəcək".

Analitikin fikrincə, Rusiya Ermənistanı və Gürcüstanı Avropa İttifaqı və NATO-ya aparmaq istəyən Paşinyan və Zurabişvili hakimiyyətləri ilə haqq-hesabını birdəfəlik çürütməlidir ki, cənub sərhədlərini NATO təhlükəsindən qoruya bilsin:
"Əgər Rusiya Ukraynanın ardınca Cənubi Qafqazda da uğur qazansa, bu, hakimiyyətdə olduğu 4 il müddətində Putin və Ərdoğanı yıxacağını vəd etmiş qlobalist Baydenin nüfuzuna böyük zərbə vuracaq. Həm də 2024-cü ildəki ABŞ seçkilərinin də taleyini həll etmiş olacaq və çoxqütblü dünya tərəfdarı olan Trampın prezidentliyə yolunu açacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm