
Politoloq: Putinin sözünü yerə salacaqlar, Vaşinqtona da bu lazımdır
Yusif Nəzərli
04:55 06.03.2025
Dünya
504
Əli Xameneyi Prezident Məsud Pezeşkiana ABŞ ilə təmas qurmağı qadağan edib
Moskva ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə razılaşıb. "Bloomberg" xəbər verir ki, Donald Tramp bunu Vladimir Putinlə telefon danışığı zamanı müzakirə edib. Mövzu ABŞ və Rusiya nümayəndə heyətləri tərəfindən Ər-Riyadda keçirilən görüşdə davam etdirilib. Kremlin sözçüsü Dmitri Peskov Moskvanın danışıqlar formatını dəstəklədiyini və nizamlanmaya kömək etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, Vaşinqton və Tehran arasında vasitəçilik təklifi təbii diplomatik addımdır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində “bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm” səsləndirməklə hiyləgər gediş edib. Analitikin sözlərinə görə, Putin Trampın təklifinə dərhal razılaşıb:

"Kreml sahibi düşünüb ki, Trampın ona işi düşübsə, deməli, Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq. Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər. Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yerə salacaqlar. Vaşinqtona da bu lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm