Rusiya Prezidenti Vladimir Putin Dağıstan əsilli hərbçilərin “xüsusi hərbi əməliyyat” zonasındakı fəaliyyətini yüksək qiymətləndirib.
Sherg.az xəbər verir ki, Putin bu barədə Kremlin divarları arasında Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Fedor Şukinin ilə görüşü zamanı danışıb.
“Qəhrəmancasına. Deməliyəm ki, həm sıravi əsgərlər, həm də orta və yüksək komanda heyəti səviyyəsində çoxlu sayda dağıstanlı var. Onlar müxtəlif birləşmələrdə müxtəlif bölmələrə komandirlik edirlər”, – deyə Rusiya lideri bildirib.
Qeyd edək ki, daha əvvəl Putin Ümumrusiya təhsil müəssisələrinin açılış marafonunda videokonfrans formatında iştirak edib. Açılışı keçirilən obyektlər arasında Dağıstanın Xasavyurt rayonunun Bayramau kəndində 600-dən çox şagird üçün nəzərdə tutulan məktəb də olub.
Açılış mərasimində Rusiyanın təhsil naziri Sergey Kravtsov da iştirak edib. Dağıstan rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Fedor Şukin məktəbin tikintisi barədə Putinə məlumat verib. Onun sözlərinə görə, məktəbin ərazisində tam təchiz olunmuş idman kompleksi də yaradılıb.