Putin hamını öpür, qucaqlayır: Bu Putin deyil, oxşarıdır? - FOTOLAR

Rusiya prezidenti Vladimir Putin ötən həftə " Vaqner" lideri Yevgeni Priqojinin üsyanından sonra xalqın ona dəstəyini sübut etmək üçün keçirilən tədbirə qatılıb.
Sherg.az xəbər verir ki,  Dağıstanda keçirilən tədbirdə rok ulduzu kimi qarşılanan Putin izdihamla selfi çəkdirib, insanlarla əl sıxıb, qızın başını öpüb. Lakin Putinin qeyri-adi mehriban davranışı onun tədbir zamanı dublyorundan istifadə edib-etməməsi ilə bağlı mübahisələrə səbəb olub.
Keçən həftə kiçik bir vətəndaş müharibəsinin qarşısını aldıqdan sonra yeni  enerji ilə dolmuş kimi görünən normal soyuqqanlı və təcrid olunmuş Putin iştirakçılara qeyri-adi dərəcədə mehriban davrandı. O, vətəndaşların əllərini sıxaraq ona heyranlıqla baxan və anasına onunla şəkil çəkdirmək üçün yalvaran qızın başına öpüb.
Putinin dəyişən davranışı bir çoxları, o cümlədən yüksək rütbəli Rusiya rəsmiləri arasında Dağıstanda pərəstişkarlarını qarşılayan Putinin əslində dublyoru  olması ilə bağlı mübahisələrə səbəb olub.
Adının açıqlanmasını istəməyən Rusiyalı diplomat “Putin olduğuna inanmaq  mümkün deyil.  Dağıstanda izdihamın içinə girən bu şəxs özünü ənənəvi Putindən fərqli aparır”- deyə bildirib.
Sovet hərbi taktiki və siyasətçisi Viktor Alksnis isə belə şərh verib: “Niyə Putin iki həftəlik karantindən sonra Kremldə çox uzaq məsafədə ziyarətçilərlə görüşərkən Dərbənddəki izdihamın içinə sakitcə dalır və hətta bəzi vətəndaşları qucaqlayıb öpür? Bu şərtlər daxilində Putinin təhlükəsizliyi necə təmin oluna bilər? Burada düz olmayan bir şey var. Bu, əslində Putin olmadığı bir tamaşaya bənzəyir”. 
Turan