Putin: Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilmir

Qərb Rusiyanı döyüş meydanında məğlub etmək və ölkə daxilində vəziyyəti sarsıtmaq istəsə də, buna nail ola bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Volodimir Putin "Vahid Rusiya" partiyasının qurultayında çıxışı zamanı deyib.

Rusiya dövlət başçısı Qərbin ölkəsinə qarşı misilsiz təzyiqlər etdiyini diqqətə çatdırıb.

"Rusiya Qərb elitası tərəfindən kobud, heç bir şişirtmə olmadan, görünməmiş təzyiqlərlə üz-üzədir. Onlar bizə strateji məğlubiyyət yaşada, bizi döyüş meydanında məğlub edə bilmirlər. Siyasi vəziyyəti sarsıtmağa, daxili iğtişaşlar törətməyə çalışırlar, lakin bu da alınmır" — deyə V.Putin vurğulayıb.