
Putin və Rəisi görüşünün pərdəarxası-ŞƏRH
13:25 07.12.2023
Dünya
661
İran Prezidenti İbrahim Rəisi Rusiyanın paytaxtı Moskvaya gedib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
İ.Rəisi səfərdən əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq ən mühüm məsələlərdən biri Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki liderin görüşünün VTB “Russia çağırır” forumundan sonra baş tutacağını açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar dar və geniş formatda aparılacaq. Görüşdən sonra liderlərin jurnalistlərə açıqlama verməsi gözlənilmir.
Səfəri "Sherg.az"a dəyərləndirən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Vladimir Putin ilə İbrahim Rəisinin görüşü Moskva və Tehran arasında münasibətlərin tənzimlənməsi baxımdan əhəmiyyətlidir:
"Bu günlərdə Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında bəyannamə qəbul edilib. Həmin sənədə əsasən tərəflər Qərbin bu iki ölkəyə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin təsirlərini zəiflətmək və aradan qaldırmaq üçün birgə fəaliyyəti nəzərdə tutur. Fikrimcə, Rusiya ilə İran arasında perspektivdə neft və qaz sahəsində ticarətə dair yeni razılaşmaların imzalanacağı istisna edilmir. Səfər zamanı həm də Fələstin dövlətinin gələcəyi, HƏMAS-İsrail savaşına ortaq mövqedən çıxış etmək, Suriya mövzusuna münasibət və ABŞ-nin yaxın Şərqdə yürütdüyü siyasətə alternativ davranış kimi məsələlər müzakirə oluna bilər. Burada əsas məsələ Rusiya İran əməkdaşlığın prespektividir. Çünki hər iki dövlətə və ölkə rəsmilərinə qarşı Qərbin çox ciddi sanksiyaları var. Bu sanksiyaları yumşaltmaq üçün tərəflər yollar axtarır".

Ekspert onu da qeyd edib ki, Rusiya və İranın texnologiyası yüksək deyil:
"Deməli, bunların istehsal etdiyi məhsullar ölkə istehlakçısını təmin edəcək səviyyədə də deyil. Ona görə də Rusiya və İran bir-biri üçün xammal bazarı rolunu da oynaya bilərlər. İbrahim Rəisi İranın dövlət lideri deyil, hökumət başçısıdır. Onun Vladimir Putin ilə imzaladığı istənilən müqavilənin reallaşması üçün İranın Ali Rəhbərlik İnstitutu tərəfindən təsdiqlənməlidir. Belə olan halda İbrahim Rəisinin Rusiyaya səfərini yüksək səviyyədə dəyərləndirmək düzgün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm