Putin və Zelenski Macarıstanda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında potensial görüş Macarıstanda baş tuta bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Putin və Zelenski arasında görüş Macarıstanda baş tuta bilər”, - nəşr yazıb.

Bir müddət əvvəl Almaniya kansleri Fridrix Merz bildirmişdi ki, iki prezidentin görüşü yaxın iki həftə ərzində baş tuta bilər.