İsrail ordusu Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu özünün X səhifəsində məlumat yayıb.
Məlumatda komandirin HƏMAS-ın istehsal qərargahının təchizat rəhbəri Ala Əl-Hadidi olduğu qeyd edilib.
Onun nə vaxt öldürüldüyü barədə məlumat verilməyib.