Qırğızıstanda valideynlərə uşağa ikili soyad verməyə icazə verən qanun layihəsi baxılmaq üçün Joqorku Keneşə təqdim edilib.
Teleqraf xəbər verir ki, hazırda ölkədə “Vətəndaşlıq vəziyyəti aktları haqqında” Qanun əsasında uşağa ikili soyadın verilməsi qadağandır.
Təşəbbüs müəllifləri bu normanın dəyişdirilməsini və valideynlərin qarşılıqlı razılığı əsasında onların soyadlarının defislə birləşdirilərək, istənilən ardıcıllıqla uşağa verilməsinə icazə verilməsini təklif edirlər. Üçlü soyadlar isə qadağan ediləcək.
Dəyişikliklərin zəruriliyi vətəndaşların müraciətləri ilə əsaslandırılır. Xüsusilə, müxtəlif soyadları olan valideynlər uşaqlarına hər ikisinin soyadından ibarət soyad verilməsinə icazə istəsələr də, mövcud qadağaya görə bundan imtina edilib.
Qanun layihəsi həm də “uulu”, “kızı”, “tegin” sözlərindən istifadə olunan mövcud qırğız adlandırma formaları və əcdadların yeddinci nəslə qədər göstərilməsi imkanı qorunur.
İkili soyad məcburi olmayacaq. Bu, yalnız hər iki valideynin qarşılıqlı razılığı ilə verilə biləcək. Belə razılıq olmadıqda, hazırkı qaydalar qüvvədə qalacaq.
Yeni normalar əvvəllər verilmiş sənədlərin yenidən rəsmiləşdirilməsini tələb etməyəcək və doğumu artıq qeydiyyata alınmış şəxslərə şamil olunmayacaq.