Qızıl külçələri nağdlaşdırdı, Azərbaycana qarşı çıxdı
19:20 16.09.2023
Dünya
368
Bu Senator Bob Menendezdir - ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri. Mütəmadi olaraq Azərbaycana qarşı qərəzli çıxışlar edir. 1 ay öncə onun erməni əslilli həyat yoldaşı cəmi bir gündə 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. 2 gün öncə isə o ABŞ senatında Azərbaycana qarşı qərəzli dinləmə təşkil edib.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, senator çıxışlarında Ermənistanın barbarlığından söz açmayıb:
"Amma o komitə dinləməsində “deməyə unudub” ki, Azərbaycanın 7 rayonu Ermənistanın 30 illik işğalı müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilib. O “deməyə unudub” ki, Ermənistan işğalına görə mən də daxil olmaqla 1 milyona yaxın məcburi köçkün uzun illər çadırlarda, yataqxanalarda və yarıtikililərdə yaşamağa məcbur olub. O “deməyə unudub” ki, Qarabağ Azərbaycandır və o bölgəmizdə yaşayan ermənilər yolu blok etdikləri üçün Bakıdan Xankəndiyə göndərilən 40 ton un 19 gündür Ağdamda gözləyir. O “deməyə unudub” ki, 30 ildən çoxdur Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı quru yol əlaqəsi Ermənistan tərəfindən bağlandığı üçün o bölgəmiz üç dekadadır blokada şəraitində yaşayır. Senator çox həqiqətləri deməyi “unudub”. Amma bu “unutqanlıq” ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya