
Qoca qitə təhlükədədir: Avropanı yalnız Türkiyə xilas edə bilər
12:18 13.03.2025
Dünya
504
Prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir. Bunu Polşa Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən mətbuat konfransında bildirib.
Tusk qeyd edib ki, türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, hazırda Şərqi Avropa ölkələri, xüsusilə də Avropa Birliyinin üzvü olan Polşa kimi dövlətlər bütün diqqətlərini Türkiyəyə yönəldiblər:

“Bu isə təbii ki, səbəbsiz deyil. Donald Tramp administrasiyasının yürütdüyü siyasət Ukraynanı məğlubiyyətə aparır və rəsmi Kiyevin Avropa məkanı üçün tampon bölgə rolunu oynamasını əhəmiyyətdən salır. Rusiyanı isə Avropa Birliyi məkanı üçün real təhlükəyə çevirir. Avropa Birliyinə üzv olan və Ukrayna sərhədinə yaxın ölkələr gələcək təhlükəsizlikləri barədə düşünmək məcburiyyətində qalıblar. Avropa dövlətlərinin yaxın gələcəkdə qoca qitənin təhlükəsizliyini təmin etmək imkanları olmayacaq. Avropa dövlətlərinin nə orduları, nə də hərbi-texniki imkanları bunun üçün yetərlidir. Ona görə də Polşa kimi dövlətlər ciddi şəkildə narahatdırlar. Ancaq Polşa rəhbərliyi anlayır ki, bu situasiyada Avropanın köməyinə yalnız Türkiyə gələ bilər. Çünki Türkiyə həm güclü orduya malikdir, həm də hərbi sənaye kompleksi inkişaf edib. Digər tərəfdən Türkiyənin qlobal məkanda güc mərkəzinə çevrilməsi də Avropa ölkələri üçün önəmlidir. Rusiya və Amerika qapalı qapılar arxasında Ukraynanı bölüşdürərkən Türkiyə prezidenti önə çıxdı və Ukrayna lideriylə görüş həyata keçirdi. Bununla da Tramp və Putin sövdələşməsi ciddi risq altında qaldı. Ərdoğan bütün dünyaya göstərdi ki, Amerikanın Rusiyayla apardığı danışıqlar olduqca ədalətsizdir. Ukrayna savaşının iştirakçılarından yalnız biriylə danışıqlar aparma sülhə nail olmaq mümkünsüzdür”.
Ekspert qeyd edib ki, Polşa Türkiyənin Avropa üçün qoruyucu gücə çevrilməsində maraqlıdır:
“Türkiyə də bir neçə dəfə Avropanın təhlükəsizlik sistemində yer almağa hazır olduğunu bildirib. Polşa ilə yanaşı Almaniya da Türkiyə ilə beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu gizlətmir. Polşanın son təkliflərindən biri ondan ibarətdir ki, Aİ-nin təhlükəsizliyi üçün Türkiyəni Avropa Birliyinə üzv qəbul etmək lazımdır. Sözügedən mövzuda problem yaradan yeganə ölkə Fransadır. Fransa heç bir halda Türkiyənin Avropa məkanına gəlməsini istəmir və onun qarşısında yer almağa səy göstərir. Fransa Avropanın ortaq maraqlarına xəyanət edərək Türkiyənin bloklanmasına çalışır. Lakin hesab edirəm ki, Rusiya xofu altında olan Avropa ölkələri Türkiyə ilə yaxınlaşmağa daha çox üstünlük verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual