"Qurd adam" : Xəstəliyimə əlac yoxdur
22:04 19.11.2022
Dünya
582
Hindistanda dünyada çox nadir rast gəlinən “qurd adam sindromu” hadisəsi yaşanır. Ölkənin Ratlam şəhərində yaşayan Lalit Patidarda orta əsrlərdən bəri cəmi 50 nəfərdə rast gəlinən hipertrikoz diaqnozu qoyulub. Altı yaşından tüklə örtülən Patidarın üzü zamanla görünməz hala gəlib. O, zorakılığa məruz qalmasına baxmayaraq həyata pozitiv baxdığını və uğurlu Youtuber olmaq arzusunda olduğunu bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Patidar teleyi ilə bağlı açıqlama verib: "Mən normal ailədənəm, atam əkinçidir və hazırda orta məktəbin 12-ci sinfində oxuyuram. Boş vaxtlarımda atama əkinçilik işində kömək edirəm. Anlayıram ki, ömrüm boyu bu tüklərlə yaşayacam. Ailəm deyir ki, doğulanda həkimlər məni təlaş ediblər, altı-yeddi yaşıma qədər fərqli adam olduğumu anladım.
Daha sonra bədənimdə heç kimdə olmayan tüklərin uzandığını gördüm. O vaxtdan öyrəndim ki, məndə hipertrikoz adlı bir xəstəlik var. Bu nadirdir və bildiyimə görə, dünyada yalnız əlli insanda təsadüf edir” deyə bildirir.
Patidar sözünə davam edir:
"Artıq əlac yoxdur. Əgər tüklərin çox uzandığını hiss etsəm, kəsirəm, başqa çarəm yoxdur və müalicənin də olacağına inanmıram".
17 yaşlı gənci üzən məqam da olub. Məktəb yoldaşları ona lağ edirdilər, meymun deyə qışqırırdılar:
“İnsanlar bunun çox qorxulu olduğunu deyirlər, məni ruh adlandıraraq ələ salırlar, bir növ mifik varlıq olduğumu düşünürlər”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi