Qvatemala Bakı ilə İrəvan arasında sülh bəyannaməsini alqışlayıb
Yusif Nəzərli
22:47 10.08.2025
Dünya
355
Qvatemala hökuməti ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın imzaladığı birgə bəyannaməni alqışlayır.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Qvatemala bu mühüm addımı Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə nail olmaq səylərində əsas mərhələ kimi qiymətləndirir.
“Bu prosesin iki ölkə arasında münasibətlərin tam normallaşmasına töhfə verəcək yekun sülh sazişinə gətirib çıxarmasına səmimi arzularımızı bildiririk”, - bəyanatda vurğulanır.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi məqamı özündə əks etdirir.
Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol