Rusiya Hindistana endirimlə neft təklif edir

ABŞ-nin sanksiyalarından sonra Rusiya Hindistanın neft emalı zavodlarına son illərin ən aşağı qiymətinə uyğun təkliflər göndərməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Məlumata görə, “Urals” markalı Rusiya nefti ən azı son iki ilin rekord endirimi ilə təqdim olunur.

Nəşrin mənbələri bildirir ki, Rusiyanın təklif etdiyi endirim “Brent” qiymətlərinə nisbətdə barel başına 7 dollar təşkil edir. Təklif dekabrda yüklənəcək və yanvarda Hindistana çatdırılacaq partiyalara aiddir.

Bloomberg qeyd edir ki, sanksiyalar tətbiq olunmazdan əvvəl bu fərq təxminən 3 dollar idi.