Rusiya ordusunun Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində üç nəfər həlak olub, daha üçü yaralanıb.
"Report"un Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu vilayət prokurorluğu açıqlayıb.
Məlumata əsasən, Rusiya qoşunları 24 noyabrda bölgənin yaşayış məntəqələrini minaatanlar, dronlar və artilleriya, o cümlədən reaktiv silahlarla atəşə tutub.
Yaralananlar arasında 17 yaşlı yeniyetmə də var, o, piyada əleyhinə minaya düşüb.
Bundan əlavə, vilayətdəki şəxsi evlər və kənd təsərrüfatı müəssisəsinin binaları da zədələnib.