Rusiya Qafqazda bu limanın qarşısını alır... – General
11:39 22.11.2019
Dünya
491
Rusiya hazırda Gürcüstan elitasının işğalıyla məşğuldur. Rusiyaya suveren müttəfiqlər yox, vassallar və qullar lazımdır. Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri general-leytenant Ben Hoces deyib. Onun sözlərinə görə, Gürcüstan regionda NATO üzvlüyü üçün hər şeyi edən vacib oyunçudur, amma bununla belə, son zamanlar hökumətin NATO-ya münasibətdə entuziazmının azalması müşahidə edilir:
“Gürcüstan NATO üzvü olmalıdır. Tiflisə sentyabrdakı son səfərimdən sonra mən hökumət tərəfindən əvvəl gördüyüm hissi görmədiyimin fərqinə vardım. Ordu peşəkar və həmişəki kimi sadiqdir, amma hökumət məmurlarının Qərbə inteqrasiya marağı zəifləyib”.
Onun sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmini Anakliya layihəsinin uğurlu bitməsindən asılıdır:
“Anakliya limanının tikilməsi Gürcüstan üçün oyun qaydalarını yaxşılaşdıracaq. Əgər Anakliya nəzərdə tutulan liman kimi olsa, Gürcüstan Avropa və Asiya arasında vasitəçiyə çevriləcək. Avropa şirkətləri Gürcüstana investisiya edirlər. Bununla Gürcüstanın təhlükəsizliyi avtomatik yaxşılaşacaq, hər kəs onu qorumaqda maraqlı olacaq. Məhz buna görə Rusiya istəmir ki, liman tikilsin. Anakliya kommersiya layihəsi olsa da, onun siyasi aspektləri var. Bu liman sayəsində bölgəyə Amerika gəmiləri cəlb oluna bilər. Rusiya həm də bunun üçün limanın tikilməsini istəmir”.
Hoces Gürcüstan hökumətinin Rusiyanın heç vaxt bu ölkədə genişmiqyaslı əməliyyat keçirməməsi üçün Kremlin qarşısının alınması metodları üzərində işi davam etdirməli olduğunu bildirib:
“Gürcüstanın təhlükəsizliyi əksər hallarda onun qonşuları və ABŞ-dan asılıdır. Ona görə də Gürcüstan Rusiyanın onu udmaması üçün hər şeyi etməlidir. Bu o deməkdir ki, Rusiyanın qarşısını elə almaq lazımdır ki, o heç vaxt Gürcüstana girmək haqqında düşünməsin. Gürcüstan gərək müttəfiqləri onun yardımına gəlməzdən öncə Rusiyanın qarşısını almaq səviyyəsində olsun”.
Hoces ABŞ-ın Gürcüstanda hərbi mövcudluğunu artırmasının ölkənin müdafiəsini zəmanət altına almaq mənasına gələcəyini qeyd edib:
“İstərdim ki, ABŞ Gürcüstandan Yaxın Şərqdəki problemlərin öhdəsindən gəlmək üçün istifadə etsin. Mümkündür ki, burada daimi baza olmasın, amma mövcud bazanın tərkibinə Hərbi Hava Qüvvələrinin nümayəndəliyi üçün hərbi aerodromun genişləndirilməsi daxil edilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət