Ukraynanın Ternopol şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 25 nəfər həlak olub, onların arasında üç uşaq var.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hücum nəticəsində daha 15-i uşaq olmaqla 73 nəfər yaralanıb.
Noyabrın 19-da gecə saatlarında Rusiya Ukraynaya 470-dən çox hücum dronu və 48 müxtəlif tipli raketlə zərbə endiriblər. Hücumlar əsasən qərb bölgələrini - Lvov, İvano-Frankivsk və Ternopolu əhatə edib. Ternopolda iki 9-mərtəbəli yaşayış binası zədələnib. Onlardan birində 3-cü mərtəbədən 9-cu mərtəbəyə qədər dağıntılar baş verib.
Əvvəlcə 21 nəfərin həlak olduğu, onların arasında iki uşağın olduğu bildirilmişdi.