Avropa İttifaqının Ermənistana vəd etdiyi dəstək tədbirləri reallıqdan uzaqdır və İrəvanın Aİ bazarına çıxışı uzun müddət çəkə bilər.
Sherg.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ-nin Ermənistana təklif etdiyi dəstək tədbirləri əsasən deklarativ xarakter daşıyır. Diplomat qeyd edib ki, Aİ-nin daxili bazarı rəqabətli və ciddi şəkildə tənzimlənir, bu səbəbdən Ermənistan məhsullarının bazara asanlıqla daxil olması gözlənilmir.
Maslennikov Ermənistanın Aİ-yə üzvlüyünün də uzun illər çəkə biləcəyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyası Ermənistana 50 milyon avro maliyyə yardımının da daxil olduğu dəstək paketinin hazırlanması üzərində işləyir.