Rusiyada əcnəbilər üçün surroqat analıq qadağan ediləcək
10:58 27.11.2022
Dünya
429
Siyasətçinin sözlərinə görə, çox vaxt belə körpələr cinayətlərin qurbanı olurlar və ya eynicinsli cütlüklərə düşürlər.
Rusiyada əcnəbilər üçün surroqat analıq qadağan ediləcək. Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin noyabrın 27-də bildirib.
"Əcnəbilərin surroqat ana xidmətindən istifadə etmələrini qadağan edərək uşaqları qorumaq üçün hər şeyi etmək lazımdır. Biz bu qərarı dekabrın əvvəlində qəbul edəcəyik", - deyə Volodin öz “Telegram” kanalında yazıb.
Rusiya parlamentinin aşağı palatasının sədri qeyd edib ki, yalnız son bir neçə ildə surroqat analar tərəfindən doğulan 45 minə yaxın uşaq ölkədən çıxarılıb.
Siyasətçinin sözlərinə görə, çox vaxt belə körpələr cinayətlərin qurbanı olurlar və ya eynicinsli cütlüklərə düşürlər.
Bu yaxınlarda bildirilib ki, Rusiya Federasiyasının Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin bu ölkədə, o cümlədən internetdə, mediada, həmçinin reklamda, ədəbiyyatda və kinoda təbliğatını qadağan edən qanun qəbul edib. İclas zamanı Vyaçeslav Volodin qeyd edib ki, bu qanun sırf rusiyalıların maraqlarına uyğun qəbul edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi