Rusiyada şirkətlər ilin sonuna qədər balans üzrə mis ehtiyatlarını təxminən 1,7 milyon ton artırmağı planlaşdırır.
Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Hazırda artım 354 min ton təşkil edir. Əsas nəticələrin isə əvvəlki illərdə olduğu kimi ilin sonuna yaxın əldə ediləcəyi gözlənilir.
Məlumata görə, Sverdlovsk vilayətindəki Volkovsk vanadium-dəmir-mis yatağında mis ehtiyatları 322 min ton artıb.
Nazirliyin məlumatına əsasən, 2025-ci ildə mis üzrə geoloji kəşfiyyata 16,7 milyard rubldan çox vəsait ayrılıb. 2026-cı il üçün isə bu məqsədlə 25 milyard rubldan çox maliyyələşmə nəzərdə tutulub.