"ABŞ nüvə silahına görə Avropanın təhlükəsizliyinin əsas təminatçısıdır".
Oxu.Az "El Pais" nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.
"Bütün müttəfiqlər mənim üçün eyni dərəcədə dəyərlidirlər. Amma düzünü desək, ABŞ açıq-aydın dünyanın ən böyük hərbi gücüdür. Birləşmiş Ştatlar "nüvə çətiri" sayəsində Avropada təhlükəsizliyin əsas qarantıdır", - deyə Rütte bildirib.