Türkiyədə 2026-cı ildə qış saatına keçid olmayacaq və saatlar 1 saat geri çəkilməyəcək.
Sherg.az xəbər verir ki, Avropa İttifaqında yay saatı tətbiqi oktyabrın 25-də başa çatacaq və saatlar standart vaxta keçiriləcək. Türkiyədə isə həmin tarixdə saat dəyişikliyi edilməyəcək.
Türkiyədə gün işığından daha səmərəli istifadə məqsədilə tətbiq olunan sabit yay saatı rejimi qüvvədədir. Bu səbəbdən ölkədə il ərzində saatlar geri və ya irəli çəkilmir.
Mütəxəssislər Avropada saat dəyişikliyinin bəzi elektron cihazlarda avtomatik tətbiq oluna biləcəyini nəzərə alaraq istifadəçiləri diqqətli olmağa çağırırlar.