
Sallivan-Qriqoryan görüşü: Ağ ev İrəvandan nə tələb edir? -ŞƏRH
Yusif Sultanoğlu
08:06 19.06.2024
Dünya
478
İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib. Görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb qalmamaqla bağlı qərar verin”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, əslində bu mesajı Ceyk Sallivan Armen Qriqoryana birbaşa da deyib. Onun sözlərinə görə, əgər İrəvan Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-nin dəstəyi müzakirə edirsə, onda Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir:
"Tələb isə qətidir: “Məndən dəstək istəyirsənsə, düşmənim Rusiyanın hərbi təşkilatını tərk etməlisən!”. Sallivan böyük ehtimalla Qriqoryana Ermənistanın Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır".

Analitik hesab edir ki, İrəvan qərar verməkdə çətinlik çəkir:
"Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir. Misal üçün Armen Qriqoryan Ukrayna ilə bağlı Sülh Forumunda iştirak etsə də, nə çıxış edib, nə də yekun bəyanata imza atıb. Bu arada, Ceyk Sallivan İsveçrədən birbaşa Hindistana yollanıb. O Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarla və hindli həmkarı Adcit Dovalla görüşüb. Bu, Narendra Modi üçüncü dəfə baş nazir seçildikdən sonra yüksək rütbəli ABŞ rəsmisinin Hindistana ilk səfəridir. Sallivan Qriqoryanla olduğu kimi Subrahmanyam Jaishankarla və hindli həmkarıyla iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib. Hindistan Ermənistan kimi İsveçrədə Sülh Forumunun yekun bəyanatına imza atmasa da, ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. ABŞ Sakit Okean bölgəsində Hindistan və digər ölkələrlə birlikdə təhlükəsizlik çəmbərini gücləndirməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi