Səudiyyə Ərəbistanı ABŞ-yə qoyulan investisiyanı bir trilyona çatdıracağını elan edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin ABŞ-a yatırdığı investisiyanı 600 milyard dollardan bir trilyon dollara çatdıracağını elan edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.

Tramp isə ABŞ-a 600 milyard dollardan çox investisiya qoymaqla bağlı qərara görə Səudiyyə Ərəbistanı şahzadəsinə təşəkkür edib. Dövlət başçısı bunun ölkədə yeni iş yeri imkanları yaradacağını əlavə edib.