Stokholmda avtobus dayanacağa çırpıldı - 3 nəfər öldü

Stokholmun Valhallavagen küçəsində ikimərtəbəli avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, yaralılar xəstəxanaya aparılıb.

Qəzaya səbəb sürücünün huşunu qəfil itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.