Sunak: "Ukraynanın bərpası ilə bağlı növbəti konfrans Britaniyada keçirilə bilər"
21:41 19.11.2022
Dünya
410
"Ukraynanın bərpası ilə bağlı növbəti konfrans 2023-cü ildə Böyük Britaniyada keçirilə bilər".
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezident Ofisində keçirilən brifinqdə deyib.
Sunak vurğulayıb ki, Böyük Britaniya sülh əldə olunana qədər Ukraynaya kömək edəcək.
"Ümid edək ki, qanunun aliliyi və dövlətin suverenliyinə hörmət nəzərə alınmaqla, bu vəhşi müharibəyə son qoyub ədalətli sülhü təmin edə bilərik", - Baş nazir bildirib.
Britaniyalı nazir əlavə edib ki, müharibə cinayətləri törədənlər məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edilir ki, Böyük Britaniya Ukraynaya hərbi və digər yardımları artırır, xüsusən də hərbçilər üçün xüsusi qış texnikası ötürür. Bundan əlavə, Britaniya Ukraynaya ümumi dəyəri 16 milyon funt sterlinqdən çox olan humanitar yardım edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi