“Suriya İranın region ölkələrinə qarşı hücumlarını rədd edir”.
Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.
“Ərəb ölkələrinin əraziləri başqaları ilə hesablaşma meydanına çevrilməməlidir”, - nazir bildirib.
Əsəd Şibani həmçinin qeyd edib ki, İsrail Suriyada yeni təsir zonaları yaratmağa və ölkənin bərpa prosesini pozmağa çalışır: “Suriya İsrailin hücumlarına son qoymaq məqsədilə ABŞ-nin vasitəçiliyi ilə danışıqlarda iştirak edir”.