Suriyada geosiyasi qarşıdurma: ABŞ-Türkiyə ittifaqı İsrailə qarşı
13:42 21.07.2025
Dünya
414
Türkiyənin Suriyaya daxil olmasının İsrailin planlarına ziddir
ABŞ tərəfi bu mövzuda Türkiyəni dəstəkləyir
İyulun 13-dən Suriyanın cənubundakı Süveydə əyalətində davam edən silahlı toqquşmalar nəticəsində 298 dinc sakin həlak olub, qarşıdurmada ölənlərin ümumi sayı 1119 nəfərə çatıb. Bu barədə “Sky Nyus” məlumat yayıb.
Suriyada son vaxtlar baş verən hadisələr həm ölkə daxilində həm də dünya gündəmində əsas yerlərdən birini tutur. Druzlarla bədəvilər arasındakı qarşıdurmada İsrailin tərəf tutaraq məsələyə qarışır.
Bu qarşıdurmalar dugər tərəfdən bölgədəki böyük güclərin-İsrail, İran, Türkiyə və ABŞ-nin Suriyadakı maraqları ilə əlaqəlidir.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a Suriyada baş verən hadisələrdən və digər dövlətlərin bu məsələdəki maraqlarından danışıb:
"Suriyada baş verənləri iki kontekstdə dəyərləndirmək olar. Birincisi, hazırda baş verənlərin motivlərinə baxmaq lazımdır. Burada İsrailin hücumlarının əsas səbəbi druzlara qarşı atılan addımlardır. İsrail druzların müdafiəsi üçün çıxış edir.
Burada əsas qarşıdurma bir başa Suriyanın yeni hakimiyyətinin müdaxiləsindən daha çox bədəvilərlə duruzlar arasında olan qarşıdurmadır. Belə bir qarşıdurma daha öncə də olub. Məsələ odur ki, Suriyanın yeni hakimiyyəti bu qarşıdurmaları fürsətə çevirmək istəyir. Çünki Suveydi də daxil olmaqla druzların yaşadığı bölgə mərkəzi hakimiyyətə tabe olmaq istəmir. Xüsusilə İsralin dəstəyi ilə əvvəldən onlar muxtariyyətdən bəhs edirlər. Bəşər Əsədin dövründə müəyyən qədər icma idarə etməsi mövcud olub. Əsədin devrilməsindən sonra əsas məsələ qanuni formada muxtariyyətin tələb edilməsidir. Bunları Əhməd əş-Şara hakimiyyəti qəbul etmir. Suriyanın yeni hakimiyyətinin bədəvilərlə druzlar arasında qarşıdurmaya müdaxilədəki əsas məqsədi həmin bölgədə nəzarəti gücləndirmək və mərkəzi hakimiyyəti tabe etməkdir. Müdaxilə də bundan qaynaqlanır. Bu isə İsrailə sərf etmir".
Ekspert Bəşər Əsədin devrilməsinin İranın Suriyada zəiflənməsinə gətirib çıxartdığını söyləyib:
"Hizbullaha, HƏMAS-a qarşı hücumların ardınca İranda baş verən 12 günlük müharibə göstərdi ki, İsrail böyük ölçüdə istəklərinə nail olub. Əsədin devrilməsi Təl-Əvivin bu prosesdə əlini gücləndirdi.
İranın çıxdığı yerdə Türkiyə güclənib. Bu İsrailin regionla bağlı planlarına uyğun gəlmir. O əvvəldən istəyir ki, Suriyada federallaşma olsun və İraq modelini tətbiq etsin. İsrailin vaxtı ilə Suriyada apardığı müharibəyə, regiondakı təhlükəsizlik planlarına baxdıqda bunun onun üçün sərfəli olduğunu görərik. İsrailin narahatlığı əvvəllər İranın Suriyada güclənib təhdid yaratması idisə, indi yeni güclər ortaya çıxa bilər".
Müsahibimiz Türkiyənin Suriyaya daxil olmasının İsrailin planlarına zidd olduğunu deyib:
"ABŞ tərəfi bu mövzuda Türkiyəni dəstəkləyir. Bu isə Suriyanın bütövlüyünün qorunmasına gətirib çıxardacaq. İsrailin Suriyaya etdiyi hücumlar strateji baxımdan ABŞ-yə verilən cavabdır. İsrail bununla ABŞ-nin planlarını pozur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya