Suriyanın İdlib şəhərində partlayış olub - 5 ölü, 9 yaralı

Suriyanın İdlib şəhərində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Teleqraf SANA-ya istinadən xəbər verir ki, müvafiq qurumların əməkdaşları hadisənin nəticələrini aradan qaldırmaq üçün hadisə yerində işləyirlər.

Yaralılar xəstəxanaya yerləşdirilib.