
Tacikistanın terror olayına aidiyyatı yoxdur -AÇIQLAMA
Yusif Sultanoğlu
12:00 24.03.2024
Dünya
345
Xəbər verdiyimiz kimi Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində dəhşətli terror hadisəsi, atışma və partlayış baş verib. Atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb. İŞİD terror qruplaşması teraktı öz üzərinə götürüb. Avropa Birliyi Moskva vilayətində törədilən terror aktını pisləyib. AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib ki, AB Moskvada “Krokus Siti Holl”da terror aktı ilə bağlı xəbərlərdən şoka düşüb və dəhşətə gəlib: "AB mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir. Düşüncələrimiz bu terror aktından zərər çəkmiş bütün Rusiya vətəndaşları ilədir”. Bəzi rusiyalı siyasətçilər hadisəyə cavab olaraq Ukraynaya taktiki nüvə silahı atılmasını tələb ediblər. Ukrayna kəşfiyyatı isə bir daha hadisədə iştirak etmədiklərini bildirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, terrorçular ancaq cavab terrorunu başa düşürlər: "Əgər gücə güclə, ölümlərə terrorçuların total edam edilməsi və onların ailələrinə qarşı repressiyalarla cavab verilməzsə, heç bir məhkəmə və ya istintaq kömək etməyəcək. Dünya təcrübəsidir". Araşdırmalardan sonra terrorçuların Tacikistan vətəndaşları olduğu bəlli olub.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Amerikaya qarşı 11 sentyabr terrorunu həyata keçirənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşları idi. Bu ölkə ABŞ-nin müttəfiqi olduğundan Vaşinqton Ər-Riyada qarşı tədbir həyata keçirmədi:
"11 sentyabr terrorunu “Əl-Qaida” lideri Üsamə Ben Laden planlaşdırmışdı. O isə keçmişdə Səudiyyə Ərəbistanı vətəndaşı olsa da, Əfqanıstan dağlarında gizlənirdi. Terrorda iştirak edən gənclər isə Almaniya universitetlərində təhsil alan ərəb gənclərdən seçilmişdi. Səudiyyə Ərəbistanının terrorla heç bir əlaqəsi yox idi. Eyni sözləri Moksvada terroru törədənlər barədə demək olar. Terrorçular Tacikistan vətəndaşlarıdır. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amerika 11 sentyabr terroruna görə müttəfiqi Səudiyyə Ərəbistanına qarşı hər hansı sanksiya tədbiri görmədiyinə görə, Rusiya da Moskvada törədilən terrora görə Tacikistana qarşı hər hansı tədbir görməyəcək. Tacikistanın terror olayına aidiyyatı yoxdur".

Ekspert vurğulayıb ki, buna baxmayaraq, Moskvanın siyasi dairələrində iki mövzu gündəmə gətiriləcək:
"Birincisi, Rusiya ərazisinə daxil olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi və ya onların xüsusi qaydada yoxlanılması tələb ediləcək. İkincisi, başda paytaxt Moskva olmaqla Rusiyanın şəhərlərində çalışan Mərkəzi Asiya vətəndaşlarının bir qisminin deportasiyası tələb ediləcək. Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi Mərkəzi Asiyada mənfi qarşılanacaq və bu münasibətlərə mənfi təsir edəcək. Miqrasiya qaydalarının sərtləşdirilməsi isə Rusiyanın özünə əlavə problemlər yaradacaq. Rusiyanın miqrant işçilərə ehtiyacı var. Bu isə İŞİD və digər terror təşkilatların işinə yarayır. Moskvadakı terror olayı təsdiq etdi ki, terror təşkilatları məhz Rusiyaya keçid üçün viza tələb olunmayan miqrantlar içərisindən tərəfdarları seçir və onları qatilə çevirirlər. Bu olaylardan isə heç bir günahı olmayan, Rusiyada ağır işlərdə çalışaraq aiələlərinə cüzi maliyyə göndərmək məcburiyyətində qalan miqrantlar əziyyət çəkəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fitrə zəkatı 10-15 AZN arası dəyişə bilər - AÇQLAMA
16:53 17.03.2026
Aktual
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur