"The Economist" 2026-cı il üçün hazırladığı yeni üz qapağında dünyanı gözləyən siyasi, iqtisadi və texnoloji prosesləri simvolik şəkildə təqdim edib.
Sherg.az xəbər verir ki, türk professor Ahmet Kasım Han bu vizualları NTV üçün şərh edib.
1. Qlobal gərginlik
Qapaqda Tramp bir tərəfdə, Putin və Si Cinpin digər tərəfdə olmaqla qlobal güc qarşıdurması təsvir edilir. Viktor Orbanın da “AB-də Truva atı” kimi bu qrupda yer ala biləcəyi deyilir. Aşağı yönlü qrafiklər isə dünya iqtisadiyyatında zəifləməyə işarə edir.
2. ABŞ-nin 250-ci ili: Daxili qütbləşmə
“250” yazılı tort və qandallı yumruq ABŞ-ın quruluşunun 250-cı ildönümündə dərinləşən daxili siyasi böhran və artan xarici siyasət sərtliyini simvolizə edir. Tortun ətrafındakı raketlər ABŞ-ın çətin qlobal meydan oxumalarını göstərir.
3. Uzay və texnologiya yarışı
Mars roketi, peyklər və robot fiqurları ölkələr arasında kosmos və yüksək texnologiya rəqabətinin artacağını, iş qüvvəsində süni intellektin insanları əvəz edə biləcəyini ifadə edir.
4. Zelenski və davam edən müharibə
Zelenskinin tankla birlikdə təsviri Ukrayna-Rusiya müharibəsinin 2026-da da davam edəcəyi proqnozunu əks etdirir.
5. Tibbdə sıçrayışlar
Təkrarlanan dərman ikonları xüsusən diabet sahəsində tibbi innovasiyalara işarə edir.
6. 2026 -cı il Dünya kuboku və dimanda dopinq
Futbolçu fiquru 2026-cı il Dünya Kubokuna, boksçu və idmançı rəsmləri isə Las-Veqasda keçiriləcək və dopinqin nəzarətli şəkildə sərbəst buraxılacağı idman yarışına göndərmədir. Bu yarışda “süper insan” ideyasının sınaqdan keçiriləcəyi deyilir.
7. Dollar narahatlığı və iqlim böhranı
Dollar işarələri ABŞ valyutasına dair qeyri-müəyyənliyi, Fed rəhbərliyində dəyişiklik ehtimalını göstərir. Buzlar arasında çəkilmiş ədalət tərəzisi isə həm hüquq sistemlərinin zəifləməsi, həm də qlobal istiləşməyə diqqət çəkir.