ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ çərşənbə axşamına keçən gecə İrana çox güclü zərbələr endirməyi planlaşdırır.
Sherg.az xəbər verir ki, Tramp Vaşinqtonun zərurət yaranacağı təqdirdə İranın hazırkı hakimiyyət nümayəndələrini də hədəfə ala biləcəyini bildirib. O, həmçinin qeyd edib ki, İran qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəlikləri yerinə yetirməyib.
Qeyd edək ki, iyulun 7-dən bəri ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı ölkənin müxtəlif hərbi obyektlərinə 300-dən çox zərbə endirilib. Donald Tramp daha əvvəl İranla atəşkəsin başa çatdığını da açıqlamışdı.