Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Lakin hazırda Ukrayna Prezidenti Vladimir Zelenski bu görüşlər siyahısında yer almır.

Sherg.az xəbər verir ki, Tramp sentyabrın 21-də Nyu-Yorka gələcək, sentyabrın 22-də isə BMT Baş Assambleyasında çıxış edəcək.

ABŞ liderinin Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə, Yaponiyanın Baş naziri Sanae Takaichi və Venesuelanın prezident səlahiyyətlərini icra edən Delci Rodrigeslə görüşməsi planlaşdırılır.

Məlumata görə, Tramp və Zelenski arasında Nyu-Yorkda mümkün görüş hələlik təsdiqlənməyib. Bununla belə, daha əvvəl Ukrayna tərəfi iki ölkənin diplomatik komandalarının belə bir görüşün təşkili üzərində çalışdığını açıqlamışdı.