ABŞ prezidenti Donald Tramp mövqeyini dəyişməyə və Konqresdə Cefri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması üçün qaçılmaz səsverməni dəstəkləməyə məcbur olub.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Trampı "axsaq ördək" adlandırmaq hələ tezdir, lakin Konqres Epşteyn məsələsi ilə bağlı onun "qanadlarını" kəsməyə hazırdır. Səsvermənin qaçılmazlığı onu taktikanı dəyişməyə, səsverməni təsdiqləməyə məcbur edib", - nəşr qeyd edir.
Nəşrə müsahibə verən Ağ Ev rəsmilərindən birinin dediyinə görə, Tramp Epşteyn sənədləri ilə bağlı müzakirələrin respublikaçıların onun administrasiyasının nailiyyətlərini – vergilərin azaldılması, immiqrasiya siyasəti və sülh sazişlərini müzakirə etməsinə mane olan “əsas yayındırma” olaraq qaldığını başa düşdükdən sonra səsverməni rədd edib.
"Respublikaçılar sadəcə olaraq Trampın bütün nailiyyətlərinə məhəl qoymur, onları təbii qəbul edir və yalnız illərdir ölmüş Cefri Epşteyn haqqında danışırlar. Bu, partiyanı məhv edir və prezident bunu başa düşəcək qədər ağıllıdır", - o deyib.