Tramp Maskın vaxtilə rəhbərlik etdiyi departamenti vaxtından əvvəl ləğv etdi

Milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) vaxtından əvvəl ləğv edilib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Personal İdarəetmə İdarəsinin direktoru Skott Kuper məlumat verib.

DOGE proqramı 2026-cı ilin iyulunda başa çatmalı idi. Hazırda onun bir çox funksiyaları Personal İdarəetmə Ofisinə verilib və bəzi keçmiş DOGE əməkdaşları administrasiyada başqa vəzifələrə keçirilib.

Bu il aprelin sonunda İlon Mask DOGE-yə rəhbər təyin edilib və bir ay sonra istefa vermişdi.