Tramp sentyabrın 22-də Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Sherg.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 81-ci BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək ikitərəfli görüş Moskva vaxtı ilə saat 20:15-də başlayacaq.

Görüşdə hansı məsələlərin əsas müzakirə mövzusu olacağı hələ açıqlanmayıb. Tərəflərin Ukrayna ilə bağlı gələcək danışıqların perspektivlərini müzakirə edəcəyi ehtimal olunur.