Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir
06:23 16.11.2019
Dünya
514
Məhkəmə Trampın sabiq müşaviri Rocer Stounu yalançı şahidlikdə, ədalət mühakiməsinin qarşısını almaqda və başqa şahidi yalan ifadə verməyə təhrik etməkdə təqsirli bilib.
ABŞ KİV-nin yaydığı məlumata əsasən, Stouna hökm fevralın 6-da oxunacaq, o, 20 ilədək həbs oluna bilər. Söhbət 2016-cı ildə ABŞ-da prezidentlik kampaniyası zamanı pozuntuların araşdırılmasından və Rusiyanın seçkilərə mümkün müdaxiləsindən gedir.
Eləcə də, məhkəmə andlıları (prisyajnı - red.) Stounun demokratları ləkələyən məlumatları əldə etmək üçün “Wikileaks” saytının nümayəndəsi ilə əlaqə qurduğunu müəyyən edib.
Donald Tramp məhkəmənin qərarını ikili standartlar siyasətinin təzahürü adlandırıb. O özünün “Twitter” səhifəsində bildirib ki, seçkilərdə demokratlardan olan namizəd Hillari Klinton, MKİ-nın keçmiş rəhbəri Riçard Brennan və Rusiya üzrə xüsusi prokuror Robert Müllerin yalan danışıb-danışmadıqları barədə də düşünmək yerinə düşər.
Xatırladaq ki, Müllerin istintaqı 2019-cu ilin mart ayında başa çatıb. Stone onun fiqurantlarından biri idi. Xüsusi prokuror Rusiya nümayəndələrinin seçkiqabağı yarışa müdaxilə etmək cəhdlərini üzə çıxarıb, amma Trampla Rusiya arasında sövdələşməni sübut edə bilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət