Demokrat senator Mark Uorner ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planını kəskin tənqid edib.
Teleqraf xəbər verir ki, siyasətçi təşəbbüsü “tarixi cəhətdən pis razılaşma” adlandırıb və İkinci Dünya müharibəsi ilə tarixi paralellər aparıb.
Uorner vurğulayıb ki, sənəd Ukraynanın tam kapitulyasiyasını nəzərdə tutur və 1938-ci ildə İkinci Dünya müharibəsi başlamazdan əvvəl Adolf Hitlerin tələblərinə boyun əymiş Nevil Çemberlenin məşhur sakitləşdirmə cəhdinin analoqu ola bilər.
Senator qeyd edib ki, sülh planının ilkin variantı ancaq Rusiyanın mövqeyi nəzərə alınmaqla hazırlanıb, Ukraynanın maraqları isə nəzərə alınmayıb. Donald Tramp administrasiyasının dəyişikliklərlə bağlı açıqlamalarına baxmayaraq, Uorner söyləyib ki, prezident sənədin yekun olub-olmaması ilə bağlı fikirləşir.
“Nəhayət, hamımız sülh istəyirik, amma Kreml sahibi Vladimir Putini mükafatlandıran sülh deyil”, - o əlavə edib.