Türkiyə ilə bağlı Netanyahuya çağırış etdi: Qadağan olunmalıdır

“Türkiyənin Təl-Əviv və Yerusəlim (Qüds) şəhərlərindəki konsulluqları bağlanılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrailin diaspora və antisemitizmlə mübarizə naziri Amiçay Çikli deyib.

“Nazirlər Kabinetinin iclasında Baş nazir Benyamin Netanyahuya Türkiyənin Yerusəlim və Təl-Əvivdəki konsulluqlarının dərhal bağlanması çağırışınə etdim”, - o qeyd edib.

Çikli baş nazirə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) İsraildə qadağan olunması çağırışı etdiyini də bildirib.