Türkmənistan lideri İrana səfər edəcək

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov gələn həftə İrana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Səfər İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vida mərasimiylə əlaqəlidir.

Rəsmi proqrama əsasən, vida mərasimi iyulun 4-ü səhər saat 06:00-da Tehranda İmam Xomeyni məscidində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazı iyulun 5-i səhər qılınacaq. Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Əli Xamenei Məşhəddə (iyulun 9-da) dəfn olunacaq.