Rusiya Prezidenti Vladimir Putin Ukraynanın müəyyən ərazilərini itirəcəyini istisna etməyib.
Axar.az xəbər verir ki, bu barədə Kreml rəhbəri “Valday” Beynəlxalq Müzakirə Klubunun plenar iclasında çıxışı zamanı deyib.
"Əgər Ukrayna NATO-ya qoşularsa, ölkənin cənub-şərqinin ayrılmaq hüququ var", - deyə Rusiya lideri vurğulayıb.
Putin qeyd edib ki, Ukrayna kənardan idarə olunur.