Ukrayna müdafiə naziri NATO Baş katibi ilə görüşüb
15:05 04.12.2023
Dünya
546
Ukrayna müdafiə naziri Rustem Umerov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb, görüşdə döyüş meydanındakı son vəziyyət və NATO-nun dəstəyi müzakirə olunub.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş katib Stoltenberq və müdafiə naziri Umerov döyüş meydanındakı son vəziyyəti və Ukraynanın təcili hərbi ehtiyaclarını müzakirə ediblər.
"Qışın döyüşləri çətinləşdirəcəyi gözlənilən bir vaxtda Yens Stoltenberq vurğulayıb ki, müttəfiqlər Rusiyanın işğalına qarşı özünü müdafiə edən Ukraynaya siyasi və praktiki dəstəyi gücləndirməyə sadiqdirlər. Baş katib bir daha qeyd edib ki, NATO Ukrayna qüvvələrinin NATO çərçivəsində tam qarşılıqlı fəaliyyət göstərməsi və onları Alyansa daha da yaxınlaşdırması üçün Ukraynaya uzunmüddətli dəstək verəcək. Baş katib Stoltenberq və nazir Umerov, həmçinin Ukraynanın NATO-ya üzvlük yolunu və Ukraynanın islahatlar səylərini müzakirə ediblər. Cənab Stoltenberq bir daha bəyan edib ki, bütün müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukrayna NATO-ya üzv olacaq", NATO-nun yaydığı məlumatda bildirilib.
Görüş ukraynalı müdafiə nazirinin Brüsselə səfəri çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm