Ukrayna nümayəndə heyəti Ərdoğanla müdafiə əməkdaşlığını müzakirə etdi - YENİLƏNİB

Ukrayna nümayəndə heyəti Ankarada, İstanbulda Rusiya ilə keçiriləcək üçüncü danışıqlar turundan öncə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbəri Andrey Yermak bildirib.
O qeyd edib ki, Kiyev nümayəndələri Türkiyəyə və Ərdoğana Ukraynanın siyasi dəstəyi və təhlükəsizliyinə verdikləri davamlı dəstək üçün təşəkkür ediblər.

***
Türkiyəyə danışıqlar üçün gələn Ukrayna nümayəndə heyəti Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində axşam saatlarında Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.