Ukrayna Prezidenti artıq Moskva və Vaşinqton üçün xoşagəlməz şəxsə çevrilib -Politoloq
12:34 06.03.2025
Dünya
609
Hətta sonda Avropa da güclü tərəfdaşlara görə zəif tərəfdaşı qurban verəcək
ABŞ Prezidenti Donald Trampın komandasının üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi rəqibləri ilə görüşüb.
Bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Trampın komandasının yüksək vəzifəli üzvləri Ukrayna müxalifətinin lideri, keçmiş Baş nazir Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenkonun partiyasının üzvləri ilə gizli danışıqlar aparıblar.
Qeyd edilib ki, müzakirələr Ukraynanın tezliklə prezident seçkilərini keçirib-keçirməyəcəyi ilə bağlı olub.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, bu gedişat onu göstərir ki, Zelenski Prezident kürsüsünü tərk edəcək:
"Ukrayna Prezidenti artıq Moskva və Vaşinqton üçün xoşagəlməz şəxsə çevrilib. Düşünmürəm ki, Avropa Zelenskini qoruya biləcək. Üstəlik, Brüssel Vaşinqtona qarşı Zelenski ilə bərabər vuruşmağı gözə almaz. Hətta sonda Avropa da güclü tərəfdaşlara görə zəif tərəfdaşı qurban verəcək. Görüşlər, protokollar, bəyannamələrlə harasa qədər gedə bilərlər. Lakin vəziyyət seçim anına gələndə Avropa praqmatik davranacaq. Bu isə heç də Zelenskinin xeyrinə olmayacaq. Digər tərəfdən Ukraynada müxalifət yenidən danışmağa başlayıb, əvvəlki cəbhə yoxdur. Bütün bunlar gələcəkdə Zelenskiyə qarşı istifadə edilə, siyasi fiqurlar ona qarşı ittifaq qura bilər. Ukrayna Prezidenti seçkilərə və ya istefaya məcbur edilərsə, sonrakı mərhələdə ölkədə iqtidar dəyişəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm