
Ukraynada müharibə yeni mərhələyə keçir -PROQNOZ
Ukraynada müharibə yeni mərhələyə keçir -PROQNOZ
Yusif Sultanoğlu
03:43 04.06.2024
Dünya
468
Qərb SSRİ-ni Əfqanıstanda məğlub etdiyi kimi Ukraynada da məğlub edəcək
"Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi obyektlərinə, o cümlədən raket hücumu barədə xəbərdarlıq sisteminə hücumlarına Moskvanın cavabı asimmetrik ola bilər". Bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. O bildirib ki, cavablar asimmetrik ola bilər: "ABŞ-nin bununla bağlı mövqeyinə gəlincə, bu, məsuliyyətsizlikdir. Onlar Kiyevə hər hansı cinayətə, bu qəbildən olan addıma görə indulgensiya veriblər. Bu ittihamların qarşısını almaq üçün heç nə etmirlər. ABŞ-nin özünə də bu müharibə baha başa gələcək və nəticələrini də hiss edəcək".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"ə deyib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizliyi təhdid edir. Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi hücumu dünyada yeni siyasi münasibətlər sistemində dərin böhran yaradıb:

"Bu böhran dünyanın siyasi və təhlükəsizlik arxitekturasına mənfi təsir edərək, bir çox ölkələrin müstəqilliyinə təhdid yaradıb. Xüsusilə, Şərqi Avropa ölkələri və və post-sovet məkanı Moskvanın aqressiv siyasəti ilə üzləşib. ABŞ və NATO Ukraynada Rusiyanın hərbi işğalını durdurmasa, Moskva Avrasiya İttifaqını de-yure siyasi ittifaq edərək, qonşu ölkələri bu birliyə hərbi təzyiqlər yolu ilə üzv edəcək. Baş verənlər onu göstərir ki, Rusiya fövqəldövlət olmağa, təsir dairəsini formalaşdırıb, Qərbi uzaq tutmağa çalışır. Davam edən böhranlı sistem və bundan sonrakı siyasi proseslərdə ancaq ABŞ və NATO post-sovet ölkələrinin müstəqilliyinin qarantı olacaq. Rusiya müdafiə nazirinin NATO-nun Cənubi Qafqazda və MDB məkanında təsir dairəsini inkişaf etdirməsinə sərt mövqe bildirməsi regionun Moskvanın təsir dairəsinə daxil olduğu mesajının verilməsidir. Rusiya Cənubi Qafqazdan və Mərkəzi Asiya regionundan getməməyə çalışır. Ukraynada qalib gəlmək Moskva üçün strateji önəm daşıyır və fövqəldövlət olmasını şərtləndirir. Bunun üçün Rusiya Ukraynada nüvə silahı tətbiq etməyə də gedə bilər. Amma Qərbin adekvat cavabı Moskvanı çəkindirir. Ukraynada müharibə yeni mərhələyə keçir. Qərb SSRİ-ni Əfqanıstanda məğlub etdiyi kimi Ukraynada da məğlub edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət