Ukraynada partlayış: Kiyevdə gecə ərzində ikinci dəfə hava həyəcanı elan edildi

Ukraynanın Kirovoqrad şəhərində (Kropivnitski) sentyabrın 20-nə keçən gecə partlayış səsi eşidilib.

Sherg.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” telekanalı məlumat yayıb. Kanalın “Telegram” hesabında Kropivnitskidə partlayış səsinin eşidildiyi bildirilib.

Partlayış hava həyəcanı fonunda baş verib. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin hava xəbərdarlığı xəritəsinə əsasən, Kiyevdə gecə ərzində ikinci dəfə hava həyəcanı elan edilib. İlk həyəcan Moskva vaxtı ilə saat 00:11-də, ikinci isə 00:45-də verilib.

Qeyd edək ki, gecə saatlarında Ukraynanın müxtəlif bölgələrində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıqlar səslənib.