Ukraynanın nə qədər əhalisi qalıb?

Ukraynanın nəzarətində olan ərazilərdə cəmi 30.5 milyon əhali qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes”in yaydığı hesabatda qeyd olunub.

“Hazırda ölkənin beynəlxalq tanınmış sərhədləri çərçivəsində 35-35.5 milyon nəfər yaşayır. Bu, 1920-ci ilin göstəricilərinə yaxındır.

Müqayisə üçün 2001-ci ilin siyahıyaalınmasında Ukraynanın əhalisi 48.46 milyon nəfər təşkil edirdi, 2019-cu ilin sonuna isə bu rəqəm 37.29 milyon idi (işğal olunmuş ərazilər nəzərə alınmadan).