Umerov: Cenevrədə əsas şərtlər üzrə anlaşma əldə olunub

Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə olunan razılaşmanın əsas şərtləri üzrə ümumi anlaşmaya gəliblər.

APA xəbər verir ki, bu barədə “UNIAN“ Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova istinadən məlumat yayıb.

Umerov qeyd edib ki, Ukrayna final mərhələləri başa çatdırmaq və Trampla razılaşmaya nail olmaq üçün noyabr ayının ən yaxın mümkün tarixində Zelenskinin ABŞ-a səfərinin təşkil olunmasını gözləyir.