
Vahid Avropa anlayışı yoxdur: Fransa və digərləri Ulkraynaya yardımı qarşılayacaq gücdə deyillər
13:59 05.03.2025
Dünya
538
Fransa və Avropa ABŞ-ın Ukraynaya yardımını mümkün qədər əvəz etmək üçün bütün mümkün vasitələri birləşdirməlidir. Bu sözləri Fransa Baş naziri Fransua Bayru ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını şərh edərkən deyib.
O vurğulayıb ki, Ukrayna hərbçilərinə döyüş sursatı, rabitə və kommunikasiyalara çıxış, həmçinin müəyyən sayda kəşfiyyat sistemləri lazımdır: “Bu, bizi modelimizi, prioritetlərimizi yenidən nəzərdən keçirməyə və bildiyimizi düşündüyümüz dünyaya fərqli gözlə baxmağa vadar edəcək. Biz aşkar etdik ki, bu dünya düşündüyümüzdən daha təhlükəlidir və bu təhlükə bizim müttəfiq hesab etdiyimiz şəxslərdən qaynaqlanır”.
Politoloq Kazım Kazımov “Sherg.az”a bildirib ki, Fransa Baş nazirinin sözləri həqiqəti əks etdirmir:

“Çünki vahid Avropa anlayışı mövcud deyil. Vahid Avropa anlayışı olsaydı hazırda bütün Avropa ölkələri Ukraynaya yardım göstərərdi. Lakin Macarıstan Ukraynaya yardımları blok edib, eyni zamanda Polşa kimi ölkələr sülhün imzalanmağının vacibliyini söyləyirlər. Böyük Britaniya və İngiltərənin Amerikanın maraqlarına qarşı çıxacağını düşünmürəm. Digər tərəfdən Avropanın yardımları Amerikanın dəstəyinin yerini heç vaxt tutmaz. Silah arsenalı baxımından ABŞ Avropadan qat-qat üstündür. Yəni Fransa və digər Avropa ölkələri Amerikanın Ulkraynaya olan maliyyə yardımını qarşılayacaq gücdə deyillər. Nəzərə almaq lazımdır ki, indiyə qədər Ukrayna və Amerika ordusu arasında dialoq mövcud idi. Bütün bunlardan sonra Avropa ilə əməkdaşlıq Ukrayna üçün yaxşı heç nə vəd etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm