
Vaşinqton Brüssel konflikti dərinləşir: Tramp Dudanın çağırışına tez bir zamanda reaksiya verməyəcək
13:33 13.03.2025
Dünya
579
Polşa Prezidenti Andjey Duda ABŞ- ı ölkəsində nüvə silahlarını yerləşdirməyə çağırıb.
O, bu barədə “Financial Times”ə bildirib.
Duda bu təklifi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cezof Kelloqa etdiyini deyib.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, ABŞ hazırda Avropa İttifaqına (Aİ) qarşı təsir mexanizmlərini işə salıb:

"Xüsusilə Bayden dönəmində Trampa qarşı fəaliyyət göstərən liderlər və hökumətlərə qarşı ABŞ-ın təzyiqlərinin daha da kəskinləşəcəyi gözlənilir. Eyni zamanda Rusiya ilə müəyyən razılaşmalar onu deməyə əsas verir ki, Moskva Aİ siyasətində Vaşinqtonun maraqlarına dəstək verəcək. Digər tərəfdən Vaşinqton Aİ-yə dəstəyin artırılmasına səy göstərəcək. Bunun müqabilində isə Aİ-nin ABŞ-ın nəzarətindən çıxmamasını əldə etməyə çalışacaq. Aİ də bunu çox yaxşı başa düşür. Ukraynada atəşkəsin əldə olunmasından sonra Aİ ilə bağlı vəziyyət kəskinləşəcək. Tramp təzyiqlərini artıracaq və Makron başda olmaqla bir sıra liderləri devirməyə cəhd edəcək. Ağ Evin sahibi bunu çox açıq şəkildə ifadə edib. O bildirib ki, ona qarşı fəaliyyət göstərən siyasətçilərə qarşı münasibətdə adekvat davranacaq. Bura Zelenski, Makron, Şolts da daxildir. Prosesin artıq müşahidə olunduğunu demək olar. Ümumiyyətlə Aİ öz təhlükəsizliyinin təmini üçün ciddi problemlərlə üzləşir. Ona görə də Polşa liderinin Türkiyə səfəri də bu qəbildəndir. Həmçinin Aİ məlum narahatlıqları ilə bağlı Türkiyənin həm Rusiya, həm də BMT ilə müsbət münasibətlərinin perspektivindən istifadə edərək çalışır ki, bu dövlətlərlə danışıqlar apararaq Tramp administrasiyasıyla əlaqələri yaxşılaşdırsın. Bu isə çətin görünür. NATO-nun ödəmələrinin böyük hissəsi Vaşinqtonun üzərinə düşür. Tramp buna qətiyyən razı deyil. Ağ Evin sahibinin mövqeyi ondan ibarətdir ki, əgər Aİ-nin təhlükəsizliyini Vaşinqton təmin edəcəksə, o zaman bu qurum da maliyyə xərclərini öz üzərinə götürməli və ABŞ-ın iqtisadi problemlərinin həllinə dəstək verməlidir. Çünki hazırda ABŞ-ın 36 trilyon dollar xarici borcu, sosial maneələri var, daxildə inflyasiya yüksək səviyyədədir. Bunların həllini tapması Tramp administrasiyasının prioritet hədəfidir".
Politoloq əlavə edib ki, Vaşinqton Rusiya ilə münasibətləri normallaşdırmaqla, o cümlədən Çinlə iqtisadi zəmində mübarizəni gücləndirməklə yanaşı, bu proseslərin həyata keçirilməsi üçün ABŞ-a mane olan başlıca amillərdən də qurtulmaq niyyətindədir:
"Digər tərəfdən Aİ müstəqil siyasət yürütmə cəhdləri göz önündədir. Vaşinqton isə çalışır ki, bu qurum bazar olaraq onun nəzarəti altında olsun, yəni "vassalı" olmağa davam etsin. Bu mənada Tramp Dudanın çağırışına tez bir zamanda reaksiya verməyəcək. Məhz Rusiya ilə koordinasiyalı fəaliyyət göstərərək Aİ-ni təsir altına alandan sonra qurumun təhlükəsizliyini öz üzərinə götürə bilər. Amma hazırkı məqamda prosesin ilkin mərhələsidir. Bu gün Vaşinqtonla Aİ arasında konfliktin daha kəskin məcraya qədəm qoyacağı gözlənilir. Sonda isə hansısa razılaşmaların əldə olunması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya